Şriftin ölçüsü :

Saytın rəngi :

Təmizlik aylığı keçirilmişdir

26 iyul 2016 | 16:00

    Cəbrayıl rayon İcra hakimiyyətinin başçısının sərəncamı ilə Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Biləsuvar rayonu ərazisində salınmış  qəsəbələrdə 2016-cı ilin iyun ayı “təmizlik ayı” elan olunmuşdur.
Sərəncama əsasən təmizlik ayında görüləcək işlər barədə tədbirlər planı təsdiq edilmiş, tədbirlər planını icra etmək məqsədi ilə rayon qərərgahı, hər bir qəsəbə üzrə ayrı ayrılıqda işçi qrupları yaradılmış, işçi qruplarının və rayon qərərgahının qarşısında konkret tapşırıqlar qoyulmuşdur.
      Ay ərzində qəsəbələrdə mövcud olan antisanitar vəziyyətin qarşısının alınması üçün işçi qruplarının üzvləri tərəfindən sakinlərlə söhbətlər aparılmış, qəsəbələr ərazisində zəbt olunmuş səkilərin açılması, ərazidə mövcud olan məişət tullantılarının yığışdırılması və məişət sularının axıdılması üçün fərdi quyuların qazılması istiqamətində xeyli işlər həyata keçirilmişdir.
Görülmüş işlər bir neçə dəfə rayon qərərgahında müzakirə edilmiş, işçi qruplarına lazımi köməkliklərin göstərilməsi təmin edilmişdir.
    Aylığın yekununda sərəncama əsasən “təmiz qəsəbə” və “təmiz küçə” naminasiyalarının qaliblərinin müəyyən olunması üçün yaradılmış komissiya üzvləri tərəfindən qəsəbələrə baxış keçirilmiş, müəyyən olunmuş keriteriyalar üzrə bütün qəsəbələrdə həyata keçirilmiş tədbirlər qiymətləndirilmişdir.
Komissiyanın təqdim etdiyi məlumatlara əsasən aylığın yekunu 19 iyul 2016-ci il tarixdə Cəbrayıl rayon İcra hakimiyyəti başçısı yanında Şura iclasında müzakirə edilmiş, 7 saylı qəsəbə “təmiz qəsəbə” və hər bir qəsəbədə isə bir küçə “təmiz küçə” naminasiyasının qalibi elan olunmuşdur.
     Naminasiyalar üzrə qalib olmuş qəsəbə və küçələr üçün mükafat olaraq nəzərdə tutulmuş vəsaitin həmin qəsəbələrdə daxili yolların qumlanmasına  sərf olunması qərara alınmışdır.
     İyul ayının 22-dən 25-ə kimi “təmiz qəsəbə” nominasıyasının qalibi olmuş 7 saylı qəsəbənin və digər qəsəbələrdəki “təmiz küçə”lərin qumlanması başa çatdırılmışdır.

 

Keçidlər