Şriftin ölçüsü :

Saytın rəngi :

“15 iyun-Qurtuluş günü” münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir

17 iyun 2016 | 16:00

Cəbrayıl rayonunun sakinlərinin məskunlaşdığı qəsəbələrdə ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə 14-15 iyun tarixlərində Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə “15 iyun- Qurtuluş günü”nün əhəmiyyətindən danışılaraq,  bildirilib ki,  Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda ali hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Eyni zamanda Ümummilli Liderin  Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimizin bərpa edilməsindən, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmizin xaosdan xilas olmasından, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmasından və bu davamlı siyasətin ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən çox böyük uğurla davam etdirilməsindən söhbət açılıb.
15 iyun 2016-cı il tarixdə isə Cəbrayıl rayon İcra Hakimiyyətinin  və  YAP Cəbrayıl rayon təşkilatının birgə təşkilatçılığı ilə Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında Rayon İcra Hakimiyyətinin Başçısı cənab Kamal Həsənov, rayon İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları,  hüquq-mühafizə orqanları, Səhiyyə, Mədəniyyət, Təhsil işçiləri, digər idarə və müəssisələrin kollektivləri eləcə də rayon ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. Daha sonra isə tədbir Mədəniyyət və İstrahət parkında ümumxalq gəzintisi ilə davam etdirilmişdir.

Keçidlər