Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü keçirilmişdir

24 may 2016 | 16:00

Əhalinin problemlərinin yerində öyrənilməsi məqsədi ilə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısı Kamal Həsənov Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Dövlət Universitetinin keçmiş binasında fəaliyyət göstərən rayonun 5 saylı tam orta məktəbində Sumqayıt şəhərində məskunlaşmış Cəbrayıllı məcburi köçkünlərlə növbəti səyyar qəbul-görüş keçirmişdir.
Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf siyasətinin bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirərək, respublikamızda aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışdı.
Sonra ümumilikdə 40 nəfərin iştirak etdiyi qəbulda rayon sakinləri onları narahat edən sosial-iqtisadi məsələlərin həlli ilə bağlı rayon rəhbərliyinə müraciət etdilər. Çıxış edən vətəndaşlar ilk öncə son illərdə respublikamızda və rayonda  görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışmış, əhalinin tibbi müayinəsinin aparılması kampaniyasının bu il də davam etdirilməsi, həmçinin dünyanı bürümüş iqtisadi böhrana baxmayaraq əmək haqqı və təqaüdlərin artırılması, sosialyönümlü layihələrin icrasının davam etdirilməsi, tikinti-quruculuq işlərinin genişləndirilməsi istiqamətində  həyata keçirilən uğurlu tədbirlərə görə Prezident cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı keçirilən səyyar qəbul-görüşdə sakinlər tərəfindən edilən müraciətlərlərin həlli ilə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə lazımi tapşırıq və göstərişlər vermişdir.

Keçidlər