Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün müsabiqə üzrə müsahibə elan edir
Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək müsahibəyə Cəbrayıl Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 6 vəzifə üzrə 6 yer təqdim olunub.
Müsabiqənin müsahibə mərhələsinin A növü üzrə 3 yer
1. İcra nümayəndəlikləri, Qumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini - İHB-nın nümayəndəsinin müavini (1 yer)
2. İcra nümayəndəlikləri, Minbaşılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini - İHB-nın nümayəndəsinin müavini (1 yer)
3. İcra nümayəndəlikləri, Süleymanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini - İHB-nın nümayəndəsinin müavini (1 yer)
Müsabiqənin müsahibə mərhələsinin B növü üzrə 3 yer
1. Rayon İcra Hakimiyyəti başçısı Aparatı, İctimai-siyasi və humanitar məsələlər şöbəsi, baş məsləhətçi (1 yer)
2. İcra nümayəndəlikləri, Sirik kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, baş məsləhətçi - baş mühasib (1 yer)
3. İcra nümayəndəlikləri, Böyük Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, baş məsləhətçi - baş mühasib (1 yer)
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 14 iyul 2025-ci il tarixindən 12 avqust 2025-ci il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Aşağıda göstərilmiş linkə daxil olaraq aidiyyəti dövlət orqanı üzrə elana çıxarılmış vəzifələrlə tanış olmaq olar.
https://exidmet.dim.gov.az/dqq/Elan/MsbElanlar






